Nikol danışıqları dayandırdı, vəziyyət çətindir... - Qarabağdakı ermənilər qorxur
Bizi izləyin

Cənubi Qafqaz

Nikol danışıqları dayandırdı, vəziyyət çətindir... - Qarabağdakı ermənilər qorxur

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “dqr”-in “milli təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyan Nikol Paşinyanı Ermənistanı müharibəyə çəkməkdə ittiham edib.

Publika.az
xəbər verir ki, Balasanyan Azərbaycan Prezidenti İlham Əliyevin danışıqların olmadığı haqda bəyanatını şərh edərkən də, Paşinyanı günahlandırıb.

“Hazırda danışıqlar Ermənistanın birinci şəxsi tərəfindən dalana salınıb. Region partlayışın astanasındadır. Tavuş hadisələri təsdiqlədi ki, siyasi hakimiyyət Ermənistanı çox təhlükəli hərbi vəziyyətə çəkdi”, - o bildirib.

Balasanyan separatçı “dqr” rəhbəri Araik Arutunyanın “danışıqla olmayacaq” açıqlamasını da tənqid edib. Bildirib ki, bu, çox təhlükəli yanaşmadır.

“Belə bəyanatlar təhlükəlidir. Bu, Ermənistanın siyasi rəhbərliyinə də aiddir, Onlar bildirirdilər ki, “Qarabağ Ermənistandır və nöqtə. Bu qəbuledilməzdir”, - separatçı Balasanyan qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm