Ermənistanın Qarabağda GİZLİ PLANI ortaya çıxdı: Azərbaycan əsgərlərini...
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın Qarabağda GİZLİ PLANI ortaya çıxdı: Azərbaycan əsgərlərini...

Azərbaycan-Ermənistan gərginliyi sərhəd istiqamətində yenidən artmağa başlayıb. Sərhəd bölgələrində, xüsusən, Tovuzda ermənilər Azərbaycan əsgərlərini təxribata cəlb etmək cəhdləri ilə bölgədəki təzyiqi artırır. İşğal altındakı Dağlıq Qarabağa və yeddi rayona qarşı təcavüzkar fəaliyyət göstərən Ermənistanın bölgədəki çirkli planı ifşa edildi. Əvvəllər dəfələrlə gündəmdə olan Ermənistan-PKK əməkdaşlığı bu dəfə özünü Qarabağda göstərdi.

Erməni rəhbərliyinin Qarabağda müxtəlif etnik xalqları məskunlaşdırdığı məlum olduğu halda, bununla bərabər silahlı terrorçuları qəbul etdikləri bildirilir. Türkiyəli hərbi ekspert Abdullah Ağar xarici mətbuatda da əks-səda doğuran bu iddiaları “Haber7” nəşri üçün dəyərləndirib.

“Azərbaycan, Türkiyə və bölgənin sabitliyinə qarşı YPG/ PKK ilə Ermənistan arasında əlaqənin olduğu aydındır. Bu münasibət özünü müxtəlif yollarla göstərdi. Bu əməkdaşlıqların ən əhəmiyyətlisi bizim şərq və şimal-şərqimizdə gerçəkləşdirilən terror hadisəsində Ermənistanın üzərinə götürdüyü roldur. Bu terrorçular İrandan da gəlirlər, Türkiyəyə gəlib Ermənistana da keçirlər. Burada təşkilatlanıb yenidən Türkiyəyə qayıdırlar. Bu mənzərəni tarix boyunca tez-tez görmüşük. Son olaraq Suriyada qanunsuz silahlı terror təşkilatları ilə əməkdaşlıqlarının da şahidi olduq. Hətta PKK burada bir erməni taboru yaratdığını da elan etdi”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qarabağda Ermənistan tərəfindən tətbiq olunan bu proqramın gizlədilmədiyinə diqqət çəkən A.Ağar bir çox terrorçunun ailəsi ilə birlikdə bölgəyə məskunlaşdığını bildirib. Xüsusilə burada separatçı siyasətin tətbiq edilməyə cəhd göstərildiyini vurğulayan mütəxəssis bu metod ilə bölgənin formasını pozmağa çalışdıqlarını bildirib: “İndi də Suriyadan PKK-çıları Qarabağ başda olmaqla, işğal etdikləri rayonlara gətirirlər. Sadəcə terrorçuları deyil, ailələrini də yerləşdirirlər. Azərbaycanlıların sahib olduğu torpaqlara zorla sahib çıxırlar. Bölgənin demoqrafik infrastrukturunu pozmağa çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi başda olmaqla, bir çox rəsmi nümayəndə bunları Türkiyədə açıqlayıb. Ad-ad, ailə-ailə”.

O bildirib ki, Ermənistanın bu siyasəti Azərbaycanla yanaşı, Türkiyəyə də təhdid təşkil edir. Bununla iki ölkənin fiziki bağlarını qoparmağa çalışırlar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm