Ermənistanda məhbuslar aclıq aksiyasına başladı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda məhbuslar aclıq aksiyasına başladı

Ermənistan həbsxanalarında aclıq aksiyaları keçirilir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, "Armavir" cəzaçəkmə müəssisəsində bir məhkum quru aclıq aksiyası elan edib. İki məhbus isə sadəcə aclıq aksiyasına başlayıb. Aparatın nümayəndələri cəzaçəkmə müəssisəsinə planlaşdırılmamış başçəkmə həyata keçirərək aclıq aksiyası keçirən məhkumların hüquqları ilə bağlı vəziyyəti yoxlayıblar.

Ombudsman Aparatının əməkdaşları ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığından 25 avqustdan bəri quru aclıq aksiyası keçirən məhbus Tiqran Badalyanla söhbətləşib. Sentyabrın 24-də Ombudsman Aparatına məhkumun mülki xəstəxanaya köçürülməsi barədə rəsmi məlumat da daxil olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm