Məşhur agentlik Tovuzda: erməni təxribatının gerçək üzünü göstərdilər
Bizi izləyin

Cənubi Qafqaz

Məşhur agentlik Tovuzda: erməni təxribatının gerçək üzünü göstərdilər

Azərbaycan-Ermənistan sərhədindəki kəndlərdə yaşayan azərbaycanlıların düşmən tərəfin təxribat və təzyiqlərinə rəğmən məskənlərini tərk etməməsi xalqımızın əzmkarlığı kimi dəyərləndirilir.

Publika.az xəbər verir ki, Türkiyənin “Anadolu” agentliyi Ermənistanla sərhəd xəttində yerləşən Tovuzun Əlibəyli kəndindən reportaj hazırlayıb.

Reportajda bildirilib ki, Əlibəyli erməni qüvvələrinin daim atəş altında saxladığı mülki yaşayış məntəqələrinin başında gəlir. Təmas xəttinə çox yaxın yerləşən kəndin bir çox nöqtəsi hərbi mövqelərə sadəcə bir neçə yüz metr məsafədədir. Buradan ermənilərin yerləşdiyi mövqe gözlə görülür.

Əlibəylililər daim təhlükə altında yaşamalarına rəğmən, yurdlarını tərk etmir və silah səslərinə fikir vermədən gündəlik həyat tərzlərini davam etdirir.

870 ev, 4 min 300 nəfərin məskunlaşdığı kənddə hər kəs vətənini qorumaqda və erməni hücumları qarşısında boyun əyməməkdə qətiyyətlidir.

Kənd sakinlərindən 87 yaşlı Paşa Həsənov agentlik müxbirinə açıqlamasında kənd camaatının 90-cı illərdən bəri erməni hücumlarına qarşı qəhrəmancasına müqavimət göstərdiyini və kəndi boşlaltmadığını deyib. Qarabağ müharibəsində bir oğlunun könüllü olaraq cəbhəyə getdiyini və orada şəhid olduğunu bildirən Həsənov müharibənin yenidən başlayacağı təqdirdə kənddən getməyəcəklərini vurğulayıb.

52 yaşlı kənd sakini Hüseyn Həsənov isə ermənilərin, demək olar ki, hər gün aətşkəsi pozduğunu bildirib. Onun sözlərinə görə, 90-cı illərdə cəbhədə döyüşüb və yaralanıb. Bununla belə, yenə torpaqlarına müdafiəsinə özünü hazır hiss edir.

Qeyd edək ki, Ermənistan son aylarda Azərbaycan və Türkiyənin ortaq layihələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tblisi-Ceyhan neft və TANAP-ın başlanğıcı olan Cənubi Qafqaz təbii qaz boru xətlərinin keçdiyi Tovuz rayonuna hücumlar edir. 12 iyul tarixində gerçəkləşən hücumların birində Azərbaycan ordusu 12 şəhid verib. 21 sentyabrda eyni bölgədə hücumlar yenidən intensivləşmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm