Gürcüstan azərbaycanlılarının dini lideri istefa verdi
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan azərbaycanlılarının dini lideri istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi Hacı Yasin Əliyev vəzifəsindən ayrılıb.

Bu barədə GMİ-dən bildirilib.

Şərqi Gürcüstan üzrə müfti öz istəyi əsasında sağlamlıq durumu ilə bağlı istefa verib.

Y.Əliyevin vəzifəsini müvəqqəti olaraq Hacı Eyvaz Mərdanov icra edəcək.

Yeni müfti yaxın gələcəkdə GMİ-nin Ali Dini Şurası tərəfindən seçiləcək.

Qeyd edək ki, Gürcüstanda iki müfti var. Onlardan biri azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli, digəri isə Acarıstan bölgəsi üzrədir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm