ATƏT-dən Qarabağla bağlı ÇAĞIRIŞ
Bizi izləyin

Cənubi Qafqaz

ATƏT-dən Qarabağla bağlı ÇAĞIRIŞ

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistana müraciət edib.

Publika.az xəbər verir ki, Dağlıq Qarabağda münaqişənin alovlanmasından narahatlığını dilə gətirən ATƏT sədri Edi Rama daha çox itkinin olmaması üçün tərəflərə atəşkəs çağırışı edib.

“Dağlıq Qarabağ bölgəsində iki ölkə arasında gərginlik və münaqişə səbəbilə dinc əhali arasında itkilərin sayı artıb. Daha çox itkinin yaşanmaması üçün tərəfləri dərhal atəşkəsə geri qayıtmağa çağırıram. Bölgədə durumun sabitliyə qovuşması üçün sərf edilən bütün cəhdləri dəstəkləyirik. İki ölkə arasında yeganə həll yolu sülh olmalıdır”.

Qeyd edək ki, Azərbaycan ordusu Dağlıq Qarabağda 27 sentyabrdan etibarən genişmiyaslı hərbi əməliyyatlara başlayıb və işğal altındakı ərazilərin bir qismini azad edib. Əməliyyatlar davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm