Dağlıq Qarabağın azad olunması bu addımdan başlayacaq - Mütəxəssis 4 ölkənin adını çəkdi
Bizi izləyin

Cənubi Qafqaz

Dağlıq Qarabağın azad olunması bu addımdan başlayacaq - Mütəxəssis 4 ölkənin adını çəkdi

Qaynar münaqişə ciddi bir müharibə, hətta Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz nəzarəti altına alması ilə nəticələnə bilər.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin Təhlükəsizlik Araşdırmaları Şöbəsinin direktoru Murat Yeşiltaş deyib.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ bölgəsində artan gərginliklə bağlı danışan dosent bildirib ki, münaqişə məhdud və ya uzunmüddətli döyüşlərə çevrilə bilər: “Beynəlxalq və regional konyuktura da buna çox uyğundur və bu mümkün müharibədə Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Dağlıq Qarabağ problemi Ermənistanın diplomatiyadan uzaq və təcavüzkar davranışları səbəbilə həll olunmayıb. Azərbaycan isə uzun müddətdir ki, problemin diplomatiya ilə deyil, silahlı qarşıdurma ilə həll olunacağı istiqamətində xəbərdarlıqlar edirdi. Azərbaycan dövləti və xalqı Dağlıq Qarabağın diplomatiya yolu ilə geri alına bilməyəcəyini, yeganə yolun hərb olduğunu konkret şəkildə görməyə başladı. Ermənistanın daimi təhrik edən və qıcıq yaradan hücumları bu görüşün konsolidasiyasına vəsilə oldu”.

M.Yeşiltaş Azərbaycanın son illərdə Ermənistanın qıcıqlandırıcı hücumlarına dərhal müdaxilə etdiyini və özünümüdafiə haqqından istifadə olunduğunu bildirib: “Texnoloji baxımdan özünü yeniləyən Azərbaycanın Ermənistanın hücumlarına cavab verməsi artıq dəyişdi. İndi daha güclü inam və iradə var. Azərbaycanın yenidən təhrik olunması Dağlıq Qarabağın geri alınması prosesinin başlanğıcı ola bilər. Azərbaycan çox hazır idi və ilk dəfə çox ciddi cavab verildiyini gördük”.

Direktor qeyd edib ki, Ermənistanın Azərbaycana hücum səbəbləri arasında Türkiyə amili də var: “Fransanın Şərqi Aralıq dənizində, Rusiyanın Liviyada və Suriyada Türkiyə ilə dərdi var. Şərqi Aralıqda diplomatiyaya tam qapı açılmışkən yenidən Türkiyənin diqqətini Azərbaycan-Ermənistan münaqişəsinə çəkdilər. Bu, Türkiyəyə bir mesaj da ola bilər”.

Sahib olduğu təbii ehtiyatların Azərbaycana verdiyi töhfəni Ermənistanın konkret şəkildə görməyə başladığını vurğulayan Murat Yeşiltaş təcavüzkar tərəfin hər fürsətdə müxtəlif nöqtələrdə hücumlar təşkil edərək bunu zədələməyə çalışdığını dilə gətirib. O bildirib ki, Ermənistan ictimaiyyətini yenidən konsolidasiya etməyə və diasporunu Azərbaycana qarşı istifadə edərək hərəkətlilik yaratmağa çalışır.

O, Türkiyə, Rusiya, Fransa və ABŞ kimi böyük dövlətlərin məsələyə yanaşmasının diqqətdə saxlanmalı olduğunu dilə gətirib. Qeyd edib ki, beynəlxalq aktorlar Cənubi Qafqazın qeyri-sabit olması riskini ala bilməzlər.

Qeyd edək ki, 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmuşdu. Azərbaycan Ordusu düşmənə cavab zərbələri endirmiş və bəzi kəndləri erməni işğalından azad etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm