Ermənistanın yanında onlar var - Dağlıq Qarabağ mesajı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın yanında onlar var - Dağlıq Qarabağ mesajı

Şərqi Aralıq dənizində qarşımızda kimlər varsa, Ermənistanın da yanında onlar var.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Respublikaçı Xalq Partiyasının üzvü Muharrem İnce deyib.

Bursa şəhərindəki çıxışında Ermənistan-Azərbaycan gərginliyi ilə bağlı danışan İnce Türkiyənin güclü dövlət olduğunu və bütün imkanları ilə Azərbaycana dəstək çıxacağını bildirib: “Ətrafımızda alovlu çevrə var. Bir tərəfdə Şərqi Aralıq dənizində yaşananlar, digər tərəfdə Suriyada yaşananlar. Şərqi Aralıq dənizində qarşımızda kimlər varsa, Ermənistanın da yanında onlar var”.

O, münaqişənin həll yolunun tezliklə tapılacağına inandığını qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm