Təbriz Qarabağ üçün AYAĞA QALXDI: ölməyə razıyıq - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Təbriz Qarabağ üçün AYAĞA QALXDI: ölməyə razıyıq - VİDEO

Cənubi Azərbaycanın Təbriz şəhərində Qarabağa dəstək yürüşü keçirilib.

Publika.az xəbər verir ki, minlərlə azərbaycanlı Təbrizin mərkəzi küçələrinə toplaşaraq Qarabağda döyüşməyə hazır olduqlarını bəyan edib.

Nümayişdə "Biz ölməyə razıyıq, atəşin pərvazıyıq" tipli dəstək şüarları səsləndirilib. Həmçinin, Ermənistanın Azərbaycanın təmas xətti boyunca dinc əhaliyə hücumlarına etiraz olunub.

Azərbaycanlılar İran hökumətindən Ermənistanı dəstəkləməyi dayandırmasını və "Norduz" sərhəd qapısını bağlamasını tələb ediblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm