193 ölkəni birləşdirən təşkilat Ermənistana xəbərdarlıq etdi: Dinc əhali və mülki obyektləri...
Bizi izləyin

Cənubi Qafqaz

193 ölkəni birləşdirən təşkilat Ermənistana xəbərdarlıq etdi: Dinc əhali və mülki obyektləri...

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yeni açıqlama verib.

Publika.az-ın məlumatına görə, Baş katib Azərbaycan və Ermənistana beynəlxalq insan hüquqları çərçivəsində dinc əhalinin və mülki infrastrukturun qorunması istiqamətində çağırış edib.

BM, Azerbaycan ve Ermenistan'a Dağlık Karabağ'da çatışmalara derhal son verme çağrısını yineledi

O, mətbuat katibi Stefan Duyarric vasitəsilə verdiyi açıqlamada münaqişənin böyüməsindən və dinc sakinlərin yaşadığı sahələrin hədəf alınmasından narahat olduğunu dilə gətirib.

A.Quterreş regional və beynəlxalq aktyorlara münaqişə tərəfləri üzərindəki nüfuzundan istifadə edərək döyüşlərə dərhal son verilməsi və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə müzakirələrə geri qayıdılmasını təmənna edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm