3 il ermənilərə qarşı döyüşən ana oğlu və qızını cəbhəyə yolladı - Tərtərin MƏRD SAKİNLƏRİ danışır
Bizi izləyin

Cənubi Qafqaz

3 il ermənilərə qarşı döyüşən ana oğlu və qızını cəbhəyə yolladı - Tərtərin MƏRD SAKİNLƏRİ danışır

Ermənistan ordusunun ağır artilleriya zərbələrinin hədəfindəki Azərbaycanın Tərtər rayonunun sakinləri 10 gündür ki, sığınacaqlarda yaşayır.

Publika.az xəbər verir ki, Türkiyənin “Anadolu” agentliyi sığınacaqlardan reportaj hazırlayıb.

Bildirilib ki, rayon sakinlərinin bir hissəsi hücumların başladığı 27 sentyabrdan etibarən sığınacaqlarda qalaraq təhlükəsizliklərini təmin etməyə çalışır. Digər hissəsi isə münaqişə bölgəsindən nisbətən uzaqda olduğu üçün daha təhlükəsiz yaşayış məntəqələrinə köçürülüb.

Agentlik müxbirinin suallarını cavablandıran Tərtər sakini Cavid Həkimov evinin yaxınlığına 4 raket mərmisi düşdüyünü deyib. O, qabaqlayıcı tədbir məqsədilə sığınacağa yerləşdiklərini açıqlayıb.

Gəlini və nəvələri ilə birlikdə sığınacaqda qalan 58 yaşlı tərtərli Aybəniz Abbas Ermənistanın dinc əhaliyə qarşı hücumlarına rəğmən heç bir şəkildə yurdlarını tərk etməyəcəklərini dilə gətirib. Oğlu və qızının hazırda cəbhədə olduğunu deyən A.Abbas özünün də 1991-ci ildə 3 il Ermənistana qarşı döyüşdüyünü açıqlayıb.

Sakinlər sığınacaqda qaldıqları müddətdə Azərbaycan dövlətinin onlar üçün hər cür şəraiti yaratdıqlarını və bütün ehtiyaclarını qarşıladıqlarını bildiriblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm