Ruhumuz belә kütlәvi, milli sevincin hәsrәtindә idi - Məmməd İsmayıl
Bizi izləyin

Cənubi Qafqaz

Ruhumuz belә kütlәvi, milli sevincin hәsrәtindә idi - Məmməd İsmayıl

BU VURUŞ HAQQ VURUŞU, BU SAVAŞ HAQQ SAVAŞI!

Bu sözləri Publika.az-a açıqlamasında sevilən şairimiz, Türkiyәnin Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl bildirib.

O qeyd edib ki, indi dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün Azәrbaycan türklәrinin ürәyi Qarabağda atır, mәnәvi enerjisi sevincimizin ünvanı doğma torpaqlarımızı yad gücdәn tәmizlәyәn igid Azәrbaycan әsgәrlәri ilә Qarabağda birlәşir, biz birlikdә güclüyük:

"Üç ay öncә saytların birinә verdiyim müsahibәnin birinci bölümünü sanki içimә danmış kimi belә adlandırmışdım:

"MӘN MӘĞLUB MİLLӘTİN MӘĞLUB ŞAİRİ KİMİ DÜNYADAN KÖÇMӘYӘCӘYӘM".

Sәsimi duyan Tanrıya şükürlәr olsun. Qarabağımızı canı, qanı bahasına işğaldan azad etmәkdә olan vә bizi mәğlub millәtin mәğlub övladı olmaqdan qurtaran әsgәrlәrimizә ruhumuz, canımız qurban.

Tәkrar olsa da deyim ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün Azәrbaycan türklәrinin gözü, qulağı Azәrbaycanda-Qarabağdadır. Qarabağımız nәhayәt ki, işğaldan azad edilir!!!

Bu necә böyük bir sevincdir, Allahım?! Gör neçә ildir ruhumuz belә dәli, kütlәvi, milli sevincin hәsrәtindә idi. Allah yar və yardımçımız olsun… Bizә bu sevinci yaşadanlara min dәfә tәşәkkür etsәk, yenә dә az olar.

Beşcә kәlmә sözüm var, canım ey cavan әsgәr,

Yoluna uğur deyim, Xan Eyvazım, xan әsgәr.

Boyuna göz dikmişəm, boyuna qurban әsgәr

Bu qәlәbә yolunda nә dayan, nә yavaşı,

Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!!!"

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm