Paşinyan: "Ermənistan güzəştə getməyə hazırdır"
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan: "Ermənistan güzəştə getməyə hazırdır"

"Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa".

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir", - deyə Paşinyan bildirib.

Bu, əslində Nikol Paşinyanın döyüşdə uğursuzluğunu və tam məğlubiyyətin qaçılmaz olduğunu dərk etməsinin etirafıdır. Ötən il Dağlıq Qarabağa gələrək, "Qarabağ Ermənistandır, nöqtə" deyən Paşinyan artıq "güzəştlərə hazır olmasından" danışır.

Azərbaycan Prezidenti İlham Əliyev danışıqların başlaması üçün şərtlərini rəsmən elan edib: Azərbaycanın ərazi bütövlüyünü qəbul etməli, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxarılması qrafikini təqdim etməli, "Qarabağ Ermənistandır" sözünə görə üzr istəməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm