Ermənistan bunu fürsət bildi - Energetika naziri İrəvanı İFŞA ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan bunu fürsət bildi - Energetika naziri İrəvanı İFŞA ETDİ

Azərbaycan uzun illərdir Avrasiyada əhəmiyyətli güc mərkəzinə çevrilib.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov 23-cü Avrasiya İqtisadi Zirvəsinin video-konfrans formatında keçirilən görüşündə deyib.

Çıxışında Azərbaycanın ən əhəmiyyətli problemi olan Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirən nazir Ermənistanın dünyanın pandemiya ilə mübarizə aparmasını fürsət bildiyini qeyd edib: “Bu fürsətdən istifadə edərək ölkəmizə qarşı təxribatları genişləndirdilər. Ermənistan terrorizm və işğalçılıq siyasəti yürüdür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır, torpağımızdır. Qarabağ Azərbaycandır!”.

P.Şahbazov Türkiyənin münaqişə məsələsində hər zaman Azərbaycanın yanında olduğunu və dəstəyini əsirgəmədiyini vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm