Ermənistanda kütləvi zəhərlənmə
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanda 39 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Zəhərlənmələrin hamısı Taşir rayonunun Katnarat kəndində qeydə alınıb.

Həkimlər xəstələrin vəziyyətini orta ağır qiymətləndirir.

Epidemioloji araşdırma nəticəsində bütün xəstələrin eyni blokda yaşadıqları və bulaq suyundan istifadə etdikləri ortaya çıxıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm