Jak İv Kustonun davamçısı: "Dünya ictimaiyyəti Qarabağ həqiqətlərini dərk etməlidir"
Bizi izləyin

Cənubi Qafqaz

Jak İv Kustonun davamçısı: "Dünya ictimaiyyəti Qarabağ həqiqətlərini dərk etməlidir"

Qarabağ həqiqətləri barədə ətrafımdakı fransızları mütəmadi olaraq məlumatlandırıram.

Bu sözləri Publika.az-a açıqlamasında "Dünya kapitanı" adı verdiyimiz Jak İv Kustonun mənəvi oğlu, komandasının sadiq üzvü Qreqori Kulbanis bildirib.

"Əvvəlcə bütün Azərbaycan xalqına sevgimi yollayıram, bu münaqişədə onların yanında olduğumu bildirmək istəyirəm. Mən hələ də bu dəhşətli təxribatda erməni hərbi hissələrinin tamamilə məhv etdiyi ailənin faciəsini düşünürəm.

Azərbaycanda çalışdığım müddətdə bu ölkə ilə elə doğmalaşdım ki, ikinci vətənimə çevrildi. Sizi əmin edirəm ki, Bakıdakı dostlarımın sayı parisli dostlarımdan heç də az deyil. Qarabağ həqiqətlərinə mənim kimi dərindən bələd olan minlərlə insan var. Ətrafımdakı fransızları da məlumatlandırmağa çalışıram ki, BMT-nin Qarabağ haqda qəbul etdiyi qətnamələr bu günədək öz həllini tapmayıb.

Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tam tərkib hissəsi olaraq qəbul etmək məcburiyyətindədir və bu mübarizədə Azərbaycana dəstək olmalıdır. Ümid edək ki, daha çox itki olmadan ədalət bərpa olunacaq", - Kulbanis vurğulayıb.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm