Paşinyana ŞOK: minlərlə hərbçi yoxa çıxdı, hamı ölkəni tərk edir
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyana ŞOK: minlərlə hərbçi yoxa çıxdı, hamı ölkəni tərk edir

Azərbaycan Silahlı Qüvvələri qarşısında darmadağın olan Ermənistanda minlərlə əsgərdən xəbər yoxdur.

Publika.az xəbər verir ki, hökumətin itkilərin real sayını gizləməsi xalqda ciddi narazılıq yaradıb.

Ermənilərin sosial mediada paylaşdığı bilgilər ölü sayının rəsmi açıqlamalardakından qat-qat çox olduğunu ortaya çıxarıb. Sosial medianın erməni seqmentində təmas xəttində 5 minə yaxən hərbi rütbəli şəxs və əsgərin itkin düşdüyü xəbərləri yayılıb. Bu əsgərlər haqqında 27 sentybardan bu günə qədər heç bir bilgi verilmədiyi qeyd olunub.

Ermənistan vətəndaşlar Müdafiə Nazirliyini real itkiləri gizləməkdə ittiham edir və Azərbaycanla döyüşmək üçün məcburən göndərilən, döyüşdə itkin düşən yaxınlarının fotolarını paylaşırlar.

Erməni əsgərlərinin valideynləri və qohumları cəbhədən xəbər alına bilməyən əsgər və ya hərbi rütbəli şəxslərin siyahısını tapa bilmir. Hərbi qurumlar da hər hansı bilgi vermir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan ölkənin hərbi heyətinin bilinməyən aqibəti haqqında çox sayda paylaşım olduğunu etiraf edir: “Bəzi vətəndaşlar onları tapmağa yardımçı olmaq üçün uşaqlarının fotolarını sosial mediada paylaşır. Bölgədə davam edəm döyüşlər səbəbilə ölənlərin cəsədləri tapılmır. İlk Qarabağ və Aprel döyüşlərindən fərqli olaraq, bu döyüşlər tamamilə başqadır. Sanki bir kabusdur. Bu səbəbdən üzr istəyir və vətəndaşlardan anlayışlı olmağı rica edirik”.

Sosial mediada paylaşılan foto və qeydlərdə məcburi şəkildə döyüşə göndərilən ermənilərin ailələrinin qorxu və təşviş içində olduğu müşahidə edilir. İtkinlər mövzusunun gündəmə gəlməsi əsgərlərin anaları və bütün cəmiyyət tərəfindən Paşinyana qarşı yeni etiraz aksiyalarının alovlanmasının qarşısını açır. Xalqdakı reaksiya səbəbilə döyüş istəyən və məğlub olan Paşinyan hökumətinə qarşı kütləvi etirazların qarşımızdakı günlərdə başlaya biləcəyi ehtimal edilir.

Digər tərəfdən Ermənistanın işğalı altında olan Qarabağda qalan ermənilərin çox çətin şərtlərdə yaşadığı bildirilir. Xankəndidə bəzi insanların evlərini istimək üçün ev əşyalarını və mebelləri yandırdığı, işıq üçün sadəcə şam istifadə edə bildikləri qeyd olunur. Xankəndi sakinlərinin şəhərdən 300 km məsafədə yerləşən paytaxt İrəvana axın etdiyi bildirilir. Bir çoxunun paytaxtda qohum və dostları olsa da, bəziləri Ermənistanda belə qalmaq istəmir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm