Fransanın "Le Monde" qəzeti Gəncədəki erməni terrorundan yazır: atəşkəsə baxmayaraq...
Bizi izləyin

Cənubi Qafqaz

Fransanın "Le Monde" qəzeti Gəncədəki erməni terrorundan yazır: atəşkəsə baxmayaraq...

Fransanın "Le Monde" nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

Publika.az-ın məlumatına görə, məqalədə Azərbaycan rəsmi qurumunlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə 7 nəfər həlak olub.

"Le Monde" Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun "Tvitter" hesabında paylaşdığı "Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub və nəticədə 7 nəfər ölüb, 33 nəfər isə yaralanıb" statusa istinad edib.

Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin "Müdafiə Nazirliyi"nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini qeyd edib. Bilidrib ki, humanitar atəşkəs rejiminə çox qısa müddət ərzində riayət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm