Ermənistanın HİYLƏGƏR PLANI: Rusiya da bu oyunun içindədirmi, yoxsa?..
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın HİYLƏGƏR PLANI: Rusiya da bu oyunun içindədirmi, yoxsa?..

Ermənistanın yeni hiyləgərlik niyyəti var.

Publika.az xəbər verir ki, bunu Türkiyənin terror və təhlükəsizlik üzrə mütəxəssisi Abdullah Ağar qeyd edib.

O bildirib ki, Ermənistanın atəşkəs razılaşmasına oturmasının arxasında Rusiya dayanıb: “Ermənistan bu təhriklərlə Rusiyanın iradəsinə təcavüz edir. Sanki döyüşdə feilən yanında görə bilmədiyi Rusiyanı cəbhə xəttinə real müdaxiləyə təhrik edir”.

Mütəxəssisin sözlərinə görə, Ermənistan Rusiyanı bir uydurmaya xidmət etdirmək “vəkil dövlət” mövqeyində istifadə etmək niyyətindədir: “Azərbaycan bütün təhriklərə və dinc əhalisinin vurulmasına rəğmən, Ermənistanı Ermənistanda vurmadı. Ermənistan bu təhriklərə davam edib Azərbaycanı səhv buraxmağa məcbur etmək istəyərkən bunun başqa variantını da cəbhədə sınayır. Bəs Rusiya bu oyuna aldanarmı? Yoxsa o da bu oyunun içindədirmi?”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm