• USD 1,7000 0,00% EUR 1,9982 -0,22%
    • GBP 2,2104 -0,30% RUB 0,0215 -2,33%

Türkiyədən Qarabağ TƏKLİFİ: TƏCİLİ OLARAQ...

Türkiyədən Qarabağ TƏKLİFİ: TƏCİLİ OLARAQ...

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında deyib.

Nazir Türkiyənin Minsk Qrupunun təcili toplanması ilə bağlı təklif verdiyini açıqlayıb: “Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətlənərək yeni təxribatlar törədir. Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını məqbul hesab edirik. Amma buna əlavə olaraq Ermənistana da geri çəkilmək çağırışı edilərsə, o zaman beynəlxalq toplumun bu problemi həkll etmək arzusunu görə bilərik. Lakin bu çağırış edilmir”.

Nazir qeyd edib ki, Türkiyə Azərbaycanın verəcəyi hər qərarı masada və meydanda dəstəkləyəcək.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR