• USD 1,7000 0,00% EUR 1,9982 -0,22%
    • GBP 2,2104 -0,30% RUB 0,0215 -2,33%

Peskovdan Qarabağla bağlı KRİTİK AÇIQLAMA: Rus hərbçilər Ermənistana göndərildi - VİDEO

Peskovdan Qarabağla bağlı KRİTİK AÇIQLAMA: Rus hərbçilər Ermənistana göndərildi - VİDEO

Video əlavə olunub.

xxx

Rusiya hərbçiləri oktyabrın 14-də Ermənistandakı hərbi obyektlərdən birinin məhv edilməsi barədə çıxan məlumatları yoxlayır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya hərbi idarələri bu məlumatları yoxlayır və Ermənistan və Azərbaycandakı həmkarlarla daim əlaqə saxlanılır.

Bu məlumat təsdiqlənərsə, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinin bu halda qüvvəyə minib-minməyəcəyi sualına D.Peskov "təhlilin nəticələrini gözləməklə" deyə cavab verib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin döyüşlərin Ermənistan torpağında getmədiyini, buna görə də KTMT çərçivəsindəki öhdəliklərin Dağlıq Qarabağ münaqişəsinə aidiyyəti olmadığını açıqlayıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR