Azərbaycan Ermənistan ordusuna dəhşətli kabus yaşadır və bütün dünyaya göstərir ki... - Jdanov
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycan Ermənistan ordusuna dəhşətli kabus yaşadır və bütün dünyaya göstərir ki... - Jdanov

“Azərbaycan Ordusu Ermənistana dəhşətli kabus yaşadır”.

Publika.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik Oleq Jdanov jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualına cavabında deyib.

Analitik bildirib ki, Azərbaycan Ordusu ilə müqayisədə Ermənistan olduqca köhnə və primitiv şəkildə döyüşür: “Dağlıq Qarabağdakı hərbi vəziyyəti analiz edəndə görürük ki, bir tərəfdə yüksək texnologiya ilə döyüşən müasir Azərbaycan Ordusu, digər tərəfdə isə SSRİ-nin 80-ci illərdəki ordusuna bənzər birləşmə var. Burada hətta “hansı ordu güclüdür” sualını vermək belə yersizdir. Ermənistanın istər hərbi təchizatı, istərsə də döyüş taktikası SSRİ-dən qalmadır”.

O.Jdanov qeyd edib ki, ermənilər son 30 ildəki konfliktlərdən – xüsusilə Suriya və Ukraynadakı müharibədən nəticə çıxarmalı idilər: “Müasir dövrdə sadəcə artilleriya ilə səngərdə döyüş məğlubiyyət deməkdir. Bunun əksinə, Azərbaycan Kəşfiyyat və zərbə endirmək üçün PUA-lardan istifadə edir ki, bu da gələcəyin döyüş taktikasıdır. Azərbaycan bütün dünyaya gələcəyin silahlarını və döyüş texnikasını nümayiş etdirir. Azərbaycan Ordusu sözün əsl mənasında Ermənistan ordusuna dəhşətli kabus yaşadır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm