Ermənilər Holokost abidəsini təhqir etdi - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər Holokost abidəsini təhqir etdi - FOTO

Erməni vandallar Holokostun xatirəsinə həsr olunmuş abidəni təhqir ediblər.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barəbə məlumatı sosial şəbəkənin erməni seqmenti yayıb.

Yəhudi xalqının iztirablarının rəmzi olan bu abidə İrəvanın mərkəzində yerləşir. Holokostun qurbanlarının xatirəsinə ucaldılmış abidə daha əvvəl də bir neçə dəfə təhqirlərə məruz qalıb.

Bu dəfə erməni vandalları onun üzərində qəhvəyi boya ilə nasist simvolunu və erməni dilində "ölüm" sözünü yazıblar.

Qeyd edək ki, son günlər həm Ermənistan KİV-də, həm də sosial şəbəkələrin erməni seqmentində antiisrail çağırışları artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm