Cənubi Qafqaz
Türkiyənin PUA-ları Rusiyaya milyardlarla ziyan vurdu - Mütəxəssis

Türkiyə Rusiyanın müdafiə sənayesinə ciddi ziyan vurub.
Publika.az xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik və strategiya üzrə mütəxəssisi Yusuf Alabarda deyib.
Onun sözlərinə görə, Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparatları və onların silahlı versiyası Liviya, Suriya və Azərbaycan coğrafiyasındakı əməliyyatlarda böyük üstünlük əldə olunmasına gətirib çıxarıb və Rusiyanın müdafiə sənayesi etibarının böyük hissəsini itirib.
“Rusiya müdafiə sənayesinin əhəmiyyətli hissəsini təşkil edən hava hücumundan müdafiə sistemləri – “Pantşir”lərdən “S-300”lərə qədər etibarını itirib. Liviyada 20 “Pantşir” məhv edilib. İdlib torpaqlarında da həmçinin. Ermənistanın “S-300”ləri isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Sadəcə, Ermənistanda 1 milyard dollar dəyərində sistem yox edilib”, - mütəxəssis bildirib.
Zümrüd

-
Magazin203:13
Edis azərbaycanlı xanım reperə dəstək oldu - FOTO
-
Region02:42
Ərdoğan "Cumhur İttifaqı" liderlərini qəbul etdi - FOTO
-
Sosial02:30
"Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm" - Prezidentə sevginin VİDEOSU
-
Sosial01:30
Azərbaycanda Ərdoğanın qələbəsi təntənə ilə qeyd olundu - FOTO/VİDEO/YENİLƏNDİ
-
Region00:56
Ərdoğandan QƏLƏBƏ TVİTİ: "Türkiyə əsri başladı"
-
Qoroskop00:20
Günün ULDUZ FALI: emosional durumunuz pisləşə bilər
-
Region00:11
Ərdoğanın qələbəsi Bakıda atəşfəşanlıqla qeyd olundu - VİDEO
-
İdman28 May 23:29
Ramil Şeydayev "Qarabağ"dan gedir? - QURBAN QURBANOV AÇIQLADI