Cənubi Qafqaz
Azərbaycan ordusu qısa müddətdə... - Ukrayna mətbuatı

Ermənistan Dağlıq Qarabağı tamamilə itirdi.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Bildirilib ki, Ermənistan hərbi birləşmələri Azərbaycan ordusu qarşısında pərişan olub. Xəbərlərdə Azərbaycanın bölgədə ardıcıl böyük zəfərlər əldə etdiyi və üstünlüyü ələ keçirdiyinə diqqət çəkilib.
Döyüşlər nəticəsində Azərbaycan qüvvələrinin erməni cəbhələrini yarmağa başladığını vurğulayan Ukrayna mediası Ermənistanın bu boşluqları doldura biləcək qüvvə tapa bilmədiyini qeyd edib.
Vurğulanıb ki, Ermənistan müasir hərbi təchizata malik Azərbaycan Ordusunu məğlub edə bilməz: “Erməni əsgərlərinin döyüş motivasiyası olsa belə, 1980-ci illərin taktikası ilə döyüşən bir ordu 21-ci əsrin silahlarını istifadə edən orduya qalib gələ bilməz. Qarabağ üzərindəki strateji vəziyyət tamamilə dəyişib. Azərbaycan ordusunun əməliyyatlarının daimiliyi bu şəkildə davam etsə, qısa müddətdə Laçın və Şuşaya qədər gedib çıxacaqlar. Azərbaycan Ordusunun Laçın və Şuşaya yaxınlaşması erməni qüvvələrini bütün bölgəni təxliyə etməyə məcbur buraxacaq”.
Əlavə olunub ki, Ermənistan ordusu bölgədə getdikcə sıxışdırılır və cəbhələrə tədarük göndərməsi günü-gündən çətinləşir.
Zümrüd

-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu
-
Hadisə16:19
Bakıda yaşayış binası yanır - Yeniləndi