• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

Azərbaycan istəsə, Türkiyə ordu göndərməyə hazırdır - Vitse-prezidentdən AÇIQLAMA

Azərbaycan istəsə, Türkiyə ordu göndərməyə hazırdır - Vitse-prezidentdən AÇIQLAMA

Azərbaycandan əsgər tələbi gələrsə, Türkiyə tərəddüd etməz.

Publika.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

Qatıldığı televiziya proqramında Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatları haqqında danışan Oktay iki ölkə arasında hərbi əməkdaşlıq sazişləri bağlandığını xatırladıb: “Türkiyə ilə Azərbaycan arasında, onsuz da, hərbi əməkdaşlıq razılaşmaları mövcuddur. Ehtiyac və Azərbaycanın belə bir dəvəti olarsa, Türkiyə bunu açıq şəkildə həyata keçirə bilər. Bununla bağlı konkret qərarımızı prezidentimiz də ilk gündən ifadə edib. Türkiyənin dolaylı yollarla getməsinə gərək yoxdur. Buna ehtiyac da yoxdur. Azərbaycanın da buna ehtiyacı yoxdur”.

Qeyd edək ki, F.Oktayın bəhs etdiyi “Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım” Razılaşması 16 avqust 2010-cu ildə imzalanıb. Ardınca Türkiyə Azərbaycana silah və hərbi təchizat ixracı, texnologiya transferini artırıb. İki ölkənin Silahlı Qüvvələri razılaşma çərçivəsində hər il birgə təlimlər keçirir.

Bu çərçivədə Silahlı Qüvvələrin yaxın əməkdaşlığı inkişaf etdirməsi üçün atılacaq addımlara yer verilir:

Tərəflərin müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə məqsədli məhsulların və maddi-texniki vasitələrin təmini,

Müdafiə məqsədli məhsulların dizaynı və istehsalı,

Müdafiə məqsədli xidmətlərin təmini,

Birgə hərbi təlimlərin və müdafiə hazırlığı ilə bağlı fəaliyyətlərin gerçəkləşdirilməsi,

Silahlı qüvvələr üçün mütəxəssis kadrlarının hazırlanması,

Silahlı qüvvələrin logistika dəstəyinin təmini

Razılaşmada iki ölkədən hər hansı birinin ərazi bütövlüyünün qorunmalı olduğu hallarda əməkdaşlıq ediləcəyi yer alıb: “Tərəflərdən biri üçüncü bir ölkə və qrup tərəfindən silahlı hücum və ya hərbi təcavüzə məruz qalarsa, tərəflər BMT nizamnaməsinin 51-ci maddəsinin tanıdığı fərdi və ya birgə qanuni müdafiə haqqının həyata keçirilməsi üçün hərbi imkan və qabiliyyətlərinin istifadə olunması da daxil olmaqla, mövcud imkanları çərçivəsində lazımi bütün tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım etmək xüsusunda razılaşma əldə edib. Bu yardımın ölçü və miqyası tərəflər tərəfindən müəyyənləşdirilir”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR