Gürcüstanda bank soyğunu başa çatdı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda bank soyğunu başa çatdı

Gürcüstanın Zuqdidi şəhərində fəaliyyət göstərən bir banka təşkil olunan silahlı soyğun başa çatıb.

Publika.az xəbər verir ki, silahlı şəxs 2 girov, tələb etdiyi 500 min dollar və pulu gətirən polisi götürərək bankdan çıxıb.

Soyğunçu az sonra girov götürdüyü şəxsləri buraxaraq qaçıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada soyğunun səhər saatlarında başa çatdığı, bütün girov və polislərin salamat olduğu bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Açıqlamada cinayətkarın saxlanılması üçün əməliyyatların davam etdiyi qeyd olunub.

Qeyd edək ki, hadisə zamanı bankda 43 mülki vətəndaş olub. Cinayətkar onlardan 19 nəfərini girov götürüb. Qalanlarını isə yavaş-yavaş sərbəst buraxıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm