İflasa uğrayan Paşinyan: Rusiya və Qərbi bu yolla aldadaraq...
Bizi izləyin

Cənubi Qafqaz

İflasa uğrayan Paşinyan: Rusiya və Qərbi bu yolla aldadaraq...

Azərbaycan Ordusunun Dağlıq Qarabağda işğal olunmuş əraziləri azad etmək üçün başlatdığı əməliyyat uğurla davam edərkən Ermənistan Rusiya və qərb ölkələrini təhrik etməyə cəhd göstərir.

Publika.az xəbər verir ki, erməni rəsmilər əsassız bilgilər yayaraq həm cəbhədəki uğursuzluqlarının, həm də işğal siyasətinin üzərini örtməyə çalışır.

Rusiyaya Türkiyənin Cənubi Qafqaza daxil olacağı, Qərbə isə türklərin Avropaya sızmaq istədiyi kimi əsası olmayan mesajlar verən Ermənistan baş naziri Nikol Paşinyan dünya ictimaiyyətini altdatmaqda davam edir.

Rusiyanı döyüş meydanına çıxarmaq istəyir

Paşinyan verdiyi açıqlamalarda bölgədəki münaqişələrdə “Rusiya ilə birgə” olduqlarını göstərmək və onları bölgəyə çəkmək üçün mesajlar verir. Rusiyanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgədə olmasını istəyən Ermənistan Rusiya prezidenti Vladimir Putindən rus ordusunun Dağlıq Qarabağa girməyəcəyi mesajını almasına rəğmən, yenə də KTMT vasitəsilə rus əsgərlərini bölgəyə salmaq cəhdlərini davam etdirir.

Ermənistan digər üsul olaraq “rus sülhməramlıları” adı altında Rusiya ordusunu Dağlıq Qarabağa gətirməyə çalışır. Bu cəhdin ehtimallar içərisində olduğunu iddia edən Paşinyan rəsmi İrəvan və Moskvanın təhlükəsizlik sahəsindəki qarşılıqlı öhdəliklərinə diqqət çəkir.

Türkiyə vasitəsilə Rusiyaya mesaj

Rusiyanı təhrik etmək cəhdlərini Türkiyə vasitəsilə də davam etdirən Ermənistan Rusiyaya Türkiyənin Azərbaycana yardıma hazır olduğunu daim xatırladır.

Dağlıq Qarabağa Azərbaycana qarşı döyüşmək üçün PKK terror təşkilatının üzvlərini gətirən Ermənistan bir tərəfdən bunu gizlətməyə çalışarkən digər tərəfdən militanların bölgədə qeyri-sabitlik yaradacağı səbəbilə Rusiyaya, sanki, yardım çağırışları edir.

Paşinyan beynəlxalq mediaya verdiyi müsahibələrdə 1915-ci il hadisələrinə işarə edərək Türkiyənin Cənubi Qafqaza dair planlarının olduğu yalanlarını yayır. Türk ordusunun Dağlıq Qarabağda döyüşlərə daxil olduğunu iddia edən baş nazir beləliklə Rusiyaya bölgəyə müdaxilə etməsi üçün səbəb yaratmağa çalışır.

Paşinyan Rusiyanın Ermənistanın strateji ortağı olduğunu xatırladaraq "Rusiyadan Azərbaycan və Türkiyəni dayandırmaq üçün daha aktiv və konkret addımlar atmasını gözlədiyini” ifadə edir.

Erməni mətbuatından Rusiyaya terror siqnalı

Ermənistan hökuməti PKK terror təşkilatını Azərbaycan ordusuna qarşı döyüşdürərkən bölgəni terror mərkəzi vəziyyətinə gətirməsini də öz lehinə çevirmək istəyir. Erməni mediasında son günlərdə Cənubi Qafqazdakı xarici terrorçuların gələcəkdə Rusiyaya qarşı təhdid təşkil edəcəyini yazır.

Rusiyanın tərkibindəki Çeçenistan Respublikasında 13 oktyabrda xaricdən gəldiyi bildirilən bir qrup terrorçuya qarşı əməliyyat təşkil olunmuşdu. Ermənistan mətbuatı bu xəbərləri Dağlıq Qarabağa gətirildiyi iddia olunan suriyalı qruplarla bağlı xəbərlərlə eyni anda verərək bölgəyə müdaxilə edilməyəcəyi təqdirində Rusiyanı terror təhlükəsinin gözlədiyi mesajını vermişdi.

Paşinyan xəyal məhsulu olan açıqlamalar verir

Ermənistan Türkiyə haqqında əsassız iddialar vasitəsilə Qərb dünyasını da təhrik etməyə çalışır.

Azərbaycandakı işğalı və dinc əhaliyə hücumu gizləmək təşəbbüsləri içində olan Paşinyan “Türkiyənin Osmanlı imperatorluğunu yenidən canlandırmaq” üçün siyasət yürütdüyünü iddia edir. O bildirir ki, Türkiyənin Vyana qapılarına qədər getmək ehtimalı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm