Şəhidimiz Türkiyəni YASA BOĞDU
Bizi izləyin

Cənubi Qafqaz

Şəhidimiz Türkiyəni YASA BOĞDU

Şanlı Ordumuzun Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azadetmə uğrunda apardığı döyüşlərdə Məhəmmədağa Səfərovun şəhid olması Türkiyəni yasa boğub.

Publika.az xəbər verir ki, Balıkesir Universiteti Mühəndislik Fakültəsinin tələbəsi olan M.Səfərov 2019-cu ildə təhsilini donduraraq hərbi xidmət borcunu yerinə yetirmək üçün Vətənə qayıdıb.

Universitetinin rektoru İlter Kuş sosial media hesabından Ermənistanı qınayaraq Səfərova Allahdan rəhmət dilyib: “Mühəndislik Fakültəsi tələbəmiz Məhəmmədağa Səfərov öz istəyi ilə təhsilini donduraraq torpaqlarının müdafiəsi üçün Azərbaycana qayıtmışdı. Vətəni üçün şəhid olub. Azərbaycanlı tələbəmizə Allahdan rəhmət diləyirəm. Ruhu şad, məkanı cənnət olsun. Başımız sağ olsun. Terror dövləti Ermənistanı şiddətl lənətləyirəm. Yanındayıq, Can Azərbaycan!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm