Ermənistanda saxta COVID-19 sənədi verən həkim həbs olundu
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda saxta COVID-19 sənədi verən həkim həbs olundu

Ermənistanda orduya səfərbərliyə çağırılan şəxslərə saxta COVID-19 sənədi verən həkim həbs olunub.

Publika.az xəbər verir ki, faktla bağlım Ermənistan Milli Təhlükəsizlik Xidməti əməliyyat təşkil edib.

Sosial medianın erməni seqmentindəki paylaşımlarda birbaşa dilə gətirilən hadisə ilə bağlı ermənilər cəbhəyə gedib qurban olmaq istəmədiklərini söyləyir.

Qeyd edək ki, Ermənistanda saxta COVID-19 sənədi 1000-2000 dollar qiymətinə satılır. Ölkədə son zamanlarda koronavirusa yoluxma statistikası birdən-birə 2 min 500-ə qədər yüksəlib.

Xatırladaq ki, ötən gün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan vəzifəsindən azad edilib.

Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatlarını davam etdirir. Bu istiqamətdə Ermənistan hərbi birləşmələrinin böyük hissəsi darmadağın edilib. Bu gün əməliyyatların başlanmasının 1 ayı tamam olur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm