Ermənistan SİLKƏLƏNİR: çox sayda yüksək vəzifəli şəxs işdən çıxarıldı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan SİLKƏLƏNİR: çox sayda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Bir ay ərzində Ermənistanda 6 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

Vəzifəsindən azad olunanların hamsı güc strukturlarında çalışan şəxslərdir. Paşinyan hakimiyyəti azad olunanlarının bəzilərinin adına qalmaqallar yaratmaqla Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərinə bəhanə tapmağa çalışır.

1 ay ərzində Ermənistanda vəzifəsindən azad edilən, yaxud işini itirən yüksək rütbəli şəxslər:

- Milli Təhlükəsizlik Xidməti naziri Arqişti Karamyan

- Sərhəd Qoşunları komandanı general-polkovnik Vaginak Sarksyan

- Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, general-mayor Ovannes Karumyan

- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Gagik Tevosyan

- Qondarma "dqr" “Müdafiə Naziri” Cəlal Harutyunyan

- Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan

Qeyd edək ki, son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirinin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm