Cənubi Qafqaz
Tiflisdən müsəlman hərbçilərə JEST: Qurani-Kərimin tərcüməsi çap edildi

Gürcüstan Müdafiə Nazirliyi cib kitabı formatında Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirib.
Publika.az xəbər verir ki, çap olunmuş müqəddəs kitabın tərcüməsi ölkənin Müdafiə Qüvvələrində xidmət edən müsəlman hərbçilər üçün nəzərdə tutulub.
Gürcüstan Müsəlmanları idarəsi ilə əməkdaşlıq çərçivəsində çap olunan bu kitabın ərəb dilindən gürcü dilinə tərcüməsi İdarənin əməkdaşı, illahiyatçı Rezo Mikeladzeyə məxsusdur.
Gürcüstan Müsəlmanları İdarəsi bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.
Qeyd edək ki, 5 il bundan öncə Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namazlar və həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb.

-
Region21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu