Paşinyan Putinə yardım üçün yalvarır
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Putinə yardım üçün yalvarır

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə 1997-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin ikinci bəndinə əsasən, Ermənistana yardım göstərilməsi ilə bağlı məsləhətləşmələrə dərhal başlamasını xahiş etdiyi bir məktub ünvanlayıb.

Ermənistanın baş naziri məktubda Dağlıq Qarabağdakı yeni çağırışlara işarə edərək münaqişə ilə bağlı acınacaqlı vəziyyəti haqqında danışıb.

Qeyd edək ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin ikinci maddəsi tərəflərin suverenliyin, ərazi bütövlüyünün qorunması və Rusiya Federasiyası ilə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir-biri ilə sıx qarşılıqlı əlaqədə olacağını ehtiva edir. Tərəflər silahlı hücum təhdidi olduqda birgə müdafiəni təmin etmək və sülhü və qarşılıqlı təhlükəsizliyi qorumaq üçün təcili olaraq öz aralarında məsləhətləşəcəklər.

Xatırladaq ki, Vladimir Putin Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək ehtimallarının kökünə “döyüş Ermənistan ərazisində getmir” cümləsi ilə balta vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm