Gürcüstan MSK səslərin 90%-dən çoxunu hesabladı - YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan MSK səslərin 90%-dən çoxunu hesabladı - YENİLƏNDİ

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 532-də (91,81%) səslərin hesablanması prosesini başa çatdırıb.

Nəticələrə görə, Gürcü Arzusu Partiyası 48,13% səs əldə edib.

Səs çoxluğuna əsasən ikinci yeri 26,84%-lə Vahid Milli Hərəkat Partiyası tutur.

Daha sonra Avropalı Gürcüstan Partiyası (3,79%), “Lelo” (3,21%), “Vətənpərvərlər Alyansı” (3,12%), “Aqmaşenebeli strategiyası” (3,15%), “Qirçi” (2,99%), “Vətəndaşlar – Eliko Elisaşvili” (1,36%) və Leyboristlər partiyası gəlir. (report)

xxx

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 086-sı (80,22%) üzrə səsvermənin nəticələrini açıqlayıb.

Nəticələrə əsasən Gürcü Arzusu Partiyası 48,34% səslə liderlik edir.

Vahid Milli Hərəkat 26,43%, Avropalı Gürcüstan Partiyası 3,78%, “Lelo” 3,26%, “Vətənpərvərlər Alyansı” 3,2%, “Aqmaşenebeli strategiyası” 3,16%, “Qirçi” 3,06%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,4%, Leyboristlər partiyası isə 1% səs əldə edib. (report)

xxx

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu saata olan nəticələrə əsasən partiyalar üzrə səs faizlərini açqlayıb.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, MSK cəmi 3.847 seçki məntəqəsindən alınan məlumatları, yəni 2252 seçki məntəqəsinə görə səs faziləri ilə partiyaların reytinqini qeyd edib.

Ölkə üzrə açıqlanan 3.847 seçki məntəqəsinin səs faziləri bu cürdür:

● “Gürcü Arzusu – Demokratik Gürcüstan" – 50.93%;
● “Vahid Milli Hərəkat – Güc Birlikdədir” – 24.68%;
● “Avropalı Gürcüstan" – 3,87%;
● “Vətənpərvərlər alyansı” – 3,33%;
● “Lelo Gürcüstan Naminə” – 3,08%;
● “Ağmaşenebeli Strategiyası” – 2,96%;
● “Qirçi” – 2,8%;
● “Aleko Elisaşvili – vətəndaşlar” – 1,32%;
● “Leyboristlər partiyası” – 0,99%.

Qeyd edək ki, geridə qalan digər partiyalar 1%-dən az səs toplayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm