Ermənistan qarışdı: deputatla nazir parlamentdə davaya çıxdı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan qarışdı: deputatla nazir parlamentdə davaya çıxdı

Ermənistan parlamentində nazirlə millət vəkili arasında mübahisə düşüb.

Publika.az xəbər verir ki, hadisə 2021-ci il üçün büdcə müzakirəsi zamanı yaşanıb.

Belə ki, maliyyə naziri Atom Cancuqazyan dövlət işçilərinin maaşından 30% bonus tutulması qaydasının dəyişməyəcəyini bildirib. Ermənistan parlamentində hakim çoxluqdan olan millət vəkili, parlamentin iqtisadi məsələlər komissiyasının sədri Babken Tunyan isə nazirə etiraz edib. O bildirib ki, pula qənaət etmək lazımdırsa, ilk növbədə nazir özündən başlamalıdır: “İndi qənaət etməyiniz lazımdırsa, özünüzdən, yəni dövlət aparatındakı bonuslardan başlamalısınız. Cəmiyyət mükafatların arxasındakı məntiqlə deyil, müharibə şəraitində onların verilməsi ilə maraqlanır”.

Qeyd edək ki, Ermənistan hökumətində il ərzində hər hansı şöbədə gözlənilməz işçi vəzifəsi açılarsa, yeni işçinin əmək haqqı bonus fondundan ödənilir.

Bonuslar orta hesabla dövlət qulluqçularının maaşının 30%-ni təşkil etsə də, maaşlarının 100-120%-i qədər mükafat alan məmurlar var.

Ermənistanın 2021-ci il dövlət büdcəsi layihəsinə görə, dövlət aparatındakı mükafatlar üçün 18 milyard 825 milyon dram (təqribən 40 milyon dollar) vəsaitin ayrılması planlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 1% çoxdur. Bu məbləğ Qarabağda hərbi əməliyyatlar başlamazdan əvvəl tərtib edilib və nəzərə alınmayan büdcə layihəsinə daxil edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm