Rusiyanın Dağlıq Qarabağ narahatlığı: qorxur ki...
Bizi izləyin

Cənubi Qafqaz

Rusiyanın Dağlıq Qarabağ narahatlığı: qorxur ki...

Rusiya Dağlıq Qarabağın Livandakı Bekaa vadisinə çevrilməsindən qorxur.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Yeni Şafak” qəzeti çıxış edib.

Bildirilib ki, Rusiyanın sülh planında təklif etdiyi 5+2 formatına daxil olan ərazilər artıq müharibənin 40 günü ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub: “Laçın dəhlizinin kəsilməsi Ermənistana psixoloji məğlubiyyəti yaşadacaq. Meydandakı vəziyyətin uzanması PKK və digər terror təşkilatlarının Ermənistan vasitəsilə soxulduğu dağlıq bölgədə yeni təhdidlərə qapı aça bilər. Bu narahatlıq Rusiyanı diplomatik sahədə işləri sürətləndirməyə məcbur edir. Diplomatik qaynaqlar Rusiyanın ən son istəyəcəyi şeyin ərazinin subpodratçı təşkilata ev sahibliyi edən coğrafiyaya çevrilməsi olduğuna işarə edir. Münaqişənin uzanması təqdirində bölgədə Bekaa vadisinə bənzər quruluşun yarana biləcəyi və buraya müxtəlif oyunçuların sıza biləcəyi təşvişi hakimdir”.

Qeyd edək ki, Bekaa vadisi Livanın paytaxtı Beyrutdan 30 km qərbdə yerləşir. Turistik gözəlliyi ilə məşhur olan vadi dünyada terrorçuları, tayfa münaqişələri, narkotik ticarəti və insan qaçaqçılığının məskəninə çevrilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm