Donetskdən Qarabağa döyüşə göndərilən muzdlular - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Donetskdən Qarabağa döyüşə göndərilən muzdlular - FOTO

Ukraynanın Donbas bölgəsində tanınan terrorçu, qondarma Donetsk Xalq Respublikasının liderlərindən biri Axra Avidzba Abxaziyadan bir qrup etnik erməni toplayaraq Dağlıq Qarabağa döyüşə göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi komandiri Yuri Kots bildirib.

Lakin həmin ermənilərin sayı barədə məlumat verilməyib.

Jurnalist Anastasiya Yuqova sosial şəbəkə istifadəçilərinin döyüşə getmək üçün toplaşan Qarabağ münaqişəsinin hərbi yolla həllini rəsmi şəkildə dəstəkləməyən Rusiya ərazisindəki "etnik ermənilər"in fotolarını yayımladığını bildirib. O, “hansı etniklər?” bunlar saf muzdlulardır!" sözləri ilə çıxış edib.

Qeyd edək ki, Axra Avidzba Donetsk Xalq Respublikasının "liderlərindən biri kimi tanınır. O, bir neçə il əvvəl birdən-birə yoxa çıxıb. Daha sonra Arseny Pavlovun qətlində iştirak etdiyi iddiası ilə öldürüldüyü güman olunub. Terrorçu bir müddət əvvəl "dirilib" və liderlik mövqelərini möhkəmləndirib. 2020-ci ildə Abxaziyadakı etirazlarda diqqət çəkib və bu payız Rusiyada həbs olunub.

Xatırladaq ki, Kreml dəfələrlə münaqişənin Azərbaycan ərazisində baş verdiyini bildirərək Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına qatılmaqdan imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm