Bakı qalan əraziləri də qaytarır: gorbagor olduq - Ermənilər HƏR ŞEYİ ETİRAF ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Bakı qalan əraziləri də qaytarır: gorbagor olduq - Ermənilər HƏR ŞEYİ ETİRAF ETDİ

Bizə xəyanət etməklə yanaşı, vicdansızcasına yalan danışırdılar. Paşinyanın xəyanəti Serj Sərksyanın əməllərindən daha ağırdır.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Armenian Reрort” nəşrində dərc edilən məqalədə bildirilib.

“Ermənistan üçün “Gorbagor əməliyyatı” - sənə “təşəkkür edirik”, Nikol!” adlı məqalənin müəllifi yazıb ki, ermənilər artıq məhv edilib, tapdalanıb:

“O səhər (10 noyabr, -red.) təkcə mənim üçün yox, hər bir erməni üçün ən ağır səhərlərdən biri idi. İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan ağır, amma doğru ifadə işlətdi: “Əvvəlki Ermənistan artıq yoxdur”.

Bəli, əgər Şuşada, Kazançetsos kilsəsinin yanında Azərbaycan əsgərləri gülə-gülə gəzirlərsə, deməli, o Ermənistan artıq yoxdur. Ermənistan yoxdursa, biz də yoxuq! Bizi məhv ediblər, tapdalayıblar... Hamımıza Müdafiə Nazirliyindən olan məmurlarımızın tez-tez dilə gətirdiyi həmin “Gorbagor" elan olundu”.

Məqalədə qeyd olunub ki, Azərbaycanın “artsax”dakı qalan ərazilərin qaytarması zaman məsələsidir.

Qeyd edək ki, məqalədə işarə edilən “Gorbagor əməliyyatı” guya Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən Azərbaycan Ordusuna qarşı “hazırlanmışdı”. Hazırda erməni ictimai fəallar əslində bu əməliyyatın onların başına gətirildiyini bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm