Ter-Petrosyandan ACI ETİRAF: "Ciddiyyəti ilə hazır olmalıyıq"
Bizi izləyin

Cənubi Qafqaz

Ter-Petrosyandan ACI ETİRAF: "Ciddiyyəti ilə hazır olmalıyıq"

"Aydındır ki, mövcud hakimiyyət uğrunda mübarizənin nə iştirakçısı, nə də tərəfdarıyıq. Müxalif düşərgələrdən hansının bu problemi həll etməsindən asılı olmayaraq, bizi yalnız vətəndaş müharibəsindən qaçmağın, mövcud böhrandan yalnız konstitusiya yolu ilə çıxmağın tərəfdarıyıq".

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yaydığı bəyanatda deyib.

44 günlük müharibədən sonra əldə edilən razılaşmadan danışan Petrosyan deyib:

"Ən çox arzu olunan variant iki tərəf arasındakı razılaşmadır. Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılığına gəldikdə, ən azından müharibənin bitdiyini və itkilər olmayacağına dair vacib bir həqiqəti bir reallıq kimi qəbul etmək lazımdır. Razılaşmanın həyata keçirilməsi və Qarabağ probleminin son həll prosesi yaxın gələcək üçün bir məsələdir. Buna Ermənistan olaraq bütün ciddiyyəti ilə hazır olmalıyıq.”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm