Gürcüstanda vəziyyət pik həddə çatdı - Bir sutkada 37 nəfər öldü
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda vəziyyət pik həddə çatdı - Bir sutkada 37 nəfər öldü

Gürcüstanda koronavirusa yoluxma və gündəlik ölüm sayı növbəti dəfə rekord həddə çatıb.

Publika.az xəbər verir ki, ötən gün ölkədə daha 3 473 nəfərdə koronavirus aşkarlanıb, 3 342 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.

Beləliklə qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 73 154 nəfərə çatıb ki, onların da 55 511-i sağalıb, 636-sı isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 447, stasionar nəzarətdə 4 957 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 3 413 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm