Ermənistandan müharibə ilə bağlı ŞOK ETİRAF: Azərbaycanın hücumunu dəf etmək üçün...
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistandan müharibə ilə bağlı ŞOK ETİRAF: Azərbaycanın hücumunu dəf etmək üçün...

Ermənistan müharibəyə hazır deyildi.

Publika.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vasili Kaşin deyib.

Эксперт Василий Кашин

“Qarabağdakı müharibənin nəticəsinə bir sıra amillər, ilk növbədə - Ermənistanla Azərbaycan arasında mənbələr baxımından böyük fərq səbəb oldu. Ümumiyyətlə, 20 il ərzində Ermənistanın hərbi xərclərini dollarla götürsək və Azərbaycanın xərcləri ilə müqayisə etsək, 3,5-4 dəfə aşağıdır. Bu, Azərbaycanın istifadə etdiyi bəzi silah növlərinin alınmasının mümkünsüzlüyünü ortaya qoyur. 2016-cı ildən bəri bölgədəki hərbi qüvvələr balansını müşahidə edənlərin hamısı Azərbaycanın silahlanmada böyük üstünlüyünü vurğulayır və yəqin ki, o vaxtdan etibarən nəyin bahasına olursa-olsun, bir kompromisə nail olmaq və müharibədən uzaqlaşmaq üçün bəzi təcili tədbirlər görmək və ya Azərbaycanın qaçılmaz hücumunu dəf etmək üçün bütün qüvvələrin maksimum səfərbərliyinə və hazırlığına başlamaq lazım idi”.

Ekspert bildirib ki, son 2-3 ildə müharibə ciddi bir təhlükə daşıyırdı: “Azərbaycan son hazırlıq mərhələsində idi və buna görə Ermənistanın bütün diqqəti hərbi hazırlıqlara yönəldilməli idi. Ancaq Ermənistanın müharibəyə hazır olmadığı ortaya çıxdı. Bu, hərbi-texniki siyasətdə əksini tapdı. Özlərini doğrultmayan bahalı texnika növlərinə pul xərcləndi. Bu da müdafiə xətlərinin zəif hazırlığı ilə nəticələndi”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm