İrəvanda “Armenia” aviaşirkətinin ofisi qarət olundu
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda “Armenia” aviaşirkətinin ofisi qarət olundu

“Armenia” aviaşirkətinin direktorunun ofisindən külli miqdarda pul oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

“15 noyabr saat 10:41-də polis bölməsinə aviaşirkətin direktor müavini tərəfindən məlumat daxil olub. O bildirib ki, naməlum şəxs və ya şəxslər aviaşirkətin ofisinə daxil olub, direktorun kabinetindən külli miqdarda pul aparıblar”, - deyə agentlik yazıb.

Polis faktla bağlı araşdırma başladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm