Paşinyan Qarabağın acığını onlardan çıxacaq - Arutyunyan və...
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Qarabağın acığını onlardan çıxacaq - Arutyunyan və...

Ermənistanın hazırkı hökumətinin tərkibi 80% dəyişdiriləcək.

Publika.az xəbər verir ki, bu iddia "Joxovurd" qəzetinə məxsusdur.

Nəşr öz mənbələrinə istinadən bildirir ki, baş nazir Nikol Paşinyan hökumət üzvlərinin demək olar ki, 80 faizini istefaya göndərmək niyyətindədir.

Qəzetin yazdığına görə, hakim partiya bu günlərdə vəzifələrini tərk edənlərin yerinə yeni kadrlar axtarır.

Qəzet, xüsusilə, əmək və sosial işlər naziri Zaruxi Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan və müavinlərinin vəzifələrindən azad ediləcəyini qeyd edir.

Ölkənin ali rəhbərliyi hesab edir ki, nazirlər kabineti üzvləri Qarabağdakı müharibə günlərində fəaliyyətsiz olublar və buna görə də getməlidirlər.

Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Zohrab Mnatsakanyan, onun müavini Şavarş Köçəryan və fövqəladə hallar naziri Feliks Tsolakyan vəzifələrindən azad edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm