Ermənistanda prokurorlar da baş qaldırdı - Siyasi təqibdən qorxurlar
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda prokurorlar da baş qaldırdı - Siyasi təqibdən qorxurlar

Ermənistanın baş prokuroru Artur Davtyan özünə sədaqətli adamlardan ibarət qrup yaradıb. Qrupun tərkibinə baş prokurorun müavini Gevork Baqdasaryan, Kotaykın prokuroru Petros Petrosyan, Baş Prokurorluğun Hüquqi nəzarət bölməsinin rəisi Arsen Martirosyan daxildir. Onlar siyasi xarakterli işlərə baxmaqdan imtina edən prokurorların səlahiyyətlərini öz üzərlərinə götürəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “Qraparak” erməni nəşri bildirib.

Xəbərə görə, bəzi prokurorlar son günlər açılan cinayət işlərinin araşdırılmasında iştirakdan imtina edirlər. Onlar tezliklə həmin cinayət işlərinin siyasi təqibə məruz qalacağını iddia edirlər.

“Gevork Baqdasaryanın Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlanması ilə bağlı məhkəməyə təqdim olunan işin baxış prosesində iştirak etməsi buna sübutdur”, - qəzet bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm