Tonoyana "balıqçı" deyən hökumətyönümlü deputat hədəf alındı - Nazirlik hərəkətə keçdi
Bizi izləyin

Cənubi Qafqaz

Tonoyana "balıqçı" deyən hökumətyönümlü deputat hədəf alındı - Nazirlik hərəkətə keçdi

Ermənistan parlamentinin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan ölkənin təhlükəsizliyini təhdid etməkdə ittiham olunur.

Publika.az xəbər verir ki, ölkənin müdafiə nazirliyi deputatın ordu rəhbərliyinə hücumlarından ciddi şəkildə narahatdır.

Nazirlik millət vəkili Andranik Köçəryanın müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri kimi bundan sonrakı işlərinin məqsədəuyğunluğunu müzakirə etmək üçün milli məclisin spikerinə müraciət edə bilər. Bu barədə idarənin mesajında ​​deyilir. Burada qeyd olunur ki, artıq bir neçə gündür Köçəryan müdafiə nazirliyinin rəhbərliyini nüfuzdan salmaq uğrunda mübarizə aparır. Nazirlik parlament etik davranış komissiyası ilə əlaqə qurma ehtimalını da nəzərdən keçirir.

Qeyd edək ki, hökumətyönümlü millət vəkili Köçəryan son günlərdə nazir David Tonoyan və ümumilikdə, silahlı qüvvələrin rəhbərliyi ilə bağlı bir sıra açıqlamalar verib. O, jurnalistlərə müsahibəsində, xüsusilə, nazirin qeyri-peşəkarlığından danışıb, Su-30 SM qırıcılarının döyüşlərdə niyə istifadə edilmədiyini, Qarabağ səmasının niyə kifayət qədər qorunmadığını qabardıb. Köçəryan Tonoyanın vaxtaşırı kameralar qarşısına çıxdığı hərbi formanı da bəyənməyib. Millət vəkili bu formanı "balıqçı geyimi" adlandırıb. Köçəryan silahlı qüvvələr haqqında "belə bir ordu yoxdur, sadəcə silahlı insanlardır" deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm