Gürcüstanın baş infeksionistinin halı PİSLƏŞDİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanın baş infeksionistinin halı PİSLƏŞDİ

Koronavirusa yoluxan Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sağlamlıq durumu ağırlaşıb.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.

Yüksək temperaturu olan T.Tsertsvadzeyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeyd edək ki, baş infeksionistdə COVID-19 noyabrın 17-də aşkarlanıb. O, bu günədək ev şəraitində müalicə olunurdu. T.Tsertsvadzenin həyat yoldaşı Ana Topuriya da xəstəliyə tutulub. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm