• USD 1,7000 0,00% EUR 2,0623 +0,30%
    • GBP 2,3263 +0,59% RUB 0,0232 +0,86%

Gürcüstanda səhra hospitalları açıla bilər

Gürcüstanda səhra hospitalları açıla bilər

Ölkədə böyük klinikaların yaxınlığında səhra hospitallarının yaradılması təklif olunur.

Publika.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, Gürcüstanın Klinikalar Assosiasiyası bu təkliflə hökumətə müraciət edib.

Təklifə əsasən, səhra hospitalları 100, 300, 500 pasiyent üçün nəzərdə tutulmalı və müvafiq avadanlıqlarla təchiz olunmalıdır.

Müraciətdə bildirilib ki, koronavirusla mübarizədə səhiyyə sistemində bir sıra çatışmazlıqlar yaranıb.

Assosiasiya xaricdə çalışan gürcü həkimlərin vətənə dəvət olunması və hərbi tibb heyətinin də pandemiya ilə mübarizəyə cəlb olunmasını təklif edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR