• USD 1,7000 0,00% EUR 2,0516 -0,66%
    • GBP 2,3056 -0,88% RUB 0,0231 -0,43%

Qarabağ müharibəsinin vurduğu güclü zərbələr Ermənistanda indi ortaya çıxır

Qarabağ müharibəsinin vurduğu güclü zərbələr Ermənistanda indi ortaya çıxır

44 günlük Qarabağ müharibəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin atəşkəsə dair məlum üçtərəfli bəyanatı imzalaması ilə başa çatması düşmən ölkənin psixologiyasını yerlə-yeksan edib.

Publika.az xəbər verir ki, məsələ təkcə ciddi ərazi itkilərində deyil, ailələrini müharibədə itirən və cəsədlərini belə tapa bilməyən insanlardadır.

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında itkin düşmüş hərbçiləri axtaran vətəndaşlar mitinqlər keçirir, hərbi əsirlər məsələsi hələ də həll olunmayıb. Məhv edilən erməni döyüşçülərinin dəfn mərasimləri ölkə daxilində davam edir, xəstəxanalar hələ də ağır yaralılarla doludur.

Daxili siyasi vəziyyət çöküşdədir: müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqlər keçirir, bir neçə siyasətçi artıq aclıq elan edib, hökumət istefaya getməyə davam edir və ixtisarlar artır.

Bütün bunların fonunda sadə erməni xalqı müharibədən sonra özünə gəlmək və stressə, depressiyaya qarşı yollar axtarışına çıxıb. Onlar müharibədən əvvəlki gündəlik həyata qayıtmaq üçün qarşılaşdıqları suallar qarşısında əzab çəkir.

Bütün bunlar azmış kimi, daxili iqtisadi və sosial-məişət vəziyyəti ağırlaşmaqda davam edir, zəruri məhsullar qıtlaşdığı üçün qiymətlərdə günbəgün artım olur.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR