Ermənistanda daha bir nazir qovulacaq
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda daha bir nazir qovulacaq

Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Rüstəm Badasyan vəzifəsindən qovulacaq.

Publika.az xəbər verir ki, bu barədə “Qraparak” erməni nəşri məlumat yayıb.

Министр юстиции Армении Рустам Бадасян после третйего форума армяно-грузинского юридического сотрудничества (9 декабря 2019). Еревaн

Bildirilib ki, boş qalacaq posta artıq namizədlərin adı müəyyənləşib: “Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Köçəryan nazir vəzifəsinə namizədlər arasında idi, lakin o, bu təklifi rədd etdi. Hazırda iki qadın namizəd - keçmiş ədliyyə nazirinin müavini, indiki baş nazirin müşaviri Anna Vardapetyan və hazırkı nazir müavini Kristina Qriqoryan arasında seçim edilir”.

Qeyd edək ki, Rüstəm Badasyan 19 iyun 2019-cu il tarixində Ermənistanın ədliyyə naziri təyin edilmişdi.

Məlumat üçün bildirək ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün hökumət tərkibini 80% dəyişmək niyyətindədir. Bu çərçivədə artıq bir neçə nazir və onların müavinləri vəzifələrindən qovulub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm