Ermənistanda 6-cı nazir istefa verdi
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda 6-cı nazir istefa verdi

Ermənistanın İqtisadiyyat naziri Tiqran Xaçatryan istefa verib.

Publika.az-ın məlumatına görə, nazirin istefa məktubu qəbul olunub.

Bu barədə qurumun mətbuat katibi Anna Ohanyan bildirib.

Qeyd edək ki, T.Xaçatryan dünən istefa məktubu təqdim etmişdi.

O, son ayda istefasını təqdim edən altıncı nazirdir.

Xatırladaq ki, Tiqran Xaçatryan 2018-ci ilin oktyabrından etibarən bu vəzifədə işləyirdi. Daha əvvəl əvvəl uzun illər dövlət aparatında çalışıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm